Ölkənin ən böyük vulkanlarından biri partladı - Agentlikdən xəbərdarlıq

Ölkənin ən böyük vulkanlarından biri partladı - Agentlikdən xəbərdarlıq
23:03 8 Noyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın cənubunda yerləşən Sakurajima vulkanı püskürüb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Kyodo rəsmi xəbər agentliyi informasiya yayıb.

Kaqoşima körfəzindəki bir adada yerləşən aktiv vulkanın kraterindən axşam saatlarında kül buludu qalxmağa başlayıb.

Yaponiya Meteorologiya Agentliyi küllərin 5 min 500 metr hündürlüyə qalxdığını vəbunun vulkanda 2016-cı ilin iyul ayından bəri müşahidə edilən ən böyük partlayış olduğunu açıqlayıb. Partlayış davam edərsə, lava axıntısı 1 km ətrafa yayılacaq.

Partlayış səbəbilə hələ ki, maddi zərər meydana gəlməyib.

Sakurajima vulkanın yerləşdiyi yarımada əvvəllər Kaqoşima körfəzinin işində müstəqil ada olub. 1914-cü ildə gerçəkləşən partlayışdan sonra lava şərq sahillərinə axıb və keçid yaradaraq Osumi yarımadası ilə adanı birləşdirib. Hadisə Yaponiya tarixinin ən böyük vulkan partlayışı kimi tarixə düşüb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/295584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR