Koalisiya qüvvələri İran sahillərində patrul xidmətinə BAŞLADI

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Fars körfəzində patrul xidmətinə başlayıb.

Metbuat.az xəbər verir ki, bu məqsədlə Bəhreyndə tədbir təşkil edilib. Məlumata görə, “Sentinel” adlandırılan dəniz qüvvələri ticarət gəmilərini İran təhdidlərinə qarşı müdafiə edəcək. Koalisiyaya Böyük Britaniya, Avstraliya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ABŞ daxildir.

Koalisiya qüvvələrinin patrul xidməti həyata keçirdiyi ərazilər Fars körfəzi, Hörmüz boğazı, Oman dənizini əhatə edir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR