İspanağı tez-tez qızdırıb yeməyin - Zəhərlənə bilərsiniz!

İspanağı tez-tez qızdırıb yeməyin - Zəhərlənə bilərsiniz!
23:47 8 Noyabr 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Araşdırmalar zamanı məlum olub ki, ispanağın özünün birbaşa zəhərli olduğunu anlayışı yalnışdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, uzun müddət solmadan saxlamaq üçün ispanaq yetişdirilərkən üzərinə kimyəvi maddə sıxılır. Bu zaman yabanı və zəhərli otların arasında olan ispanağın üzəırinə zəhərli maddələr yapışa bilir. Daha sonra istifadə zamanı bu maddələr insanlara zəhərlənməsinə gətirib çıxarır.

Necə təmizləməli?

Mütəxəssislər hər göyərtini öz mövsümündə yeməyi məsləhət bilir. İspanağı istifadədən öncə  yabanı otlardan təmizləmək lazımdır. Daha sonra yarpaqları tək-tək bol su ilə yuyulmalıdır. Bundan sonra yarım saat onu sirkəli suda saxlamaq və yenidən yarım saat təmiz suda saxlamaq lazımdır. Yalnız bundan sonra onurahatlıqla istehlak edə bilərsiniz.

Son zamanlar tərəvəz və göyərtidən zəhərlənmələrin artdığını bildirən mütəxəssislər bəzi tövsiyələr də verib. Onların sözlərinə görə, belə qidaları bişirib təkrar qızdırıb yemək təhlükəlidir. Adətən artıq qalan qidaları soyuducuda saxlayır və təzə qaldığını zənn edirik. Lakin diqqət etmək lazımdır ki, qidanı qızdırıb lazım olan qədər götürüb, artıq qalanını dərhal soyuducuya yerləşdirmək lazımdır. Yoxsa isti qidaların üzərinə mikro orqanizmlər yapışır. Yaxşı olar ki, qidaları bişirdiyiniz gün və ya bir gün sonra istifadə edin. Növbəti gün üçün artıq qida daha çox təhlükə mənbəyidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/800867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR