Məşhur ulduzlar geyimləri ilə diqqət mərkəzində - FOTO

Məşhur ulduzlar geyimləri ilə diqqət mərkəzində - FOTO
23:52 8 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində bir çox məşhurun ​​diqqətini çəkən "WSJ Innovator Awards"un təqdimetmə mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, mərasimdə İrina Şeyk, Cici Hadi, Culiana Mur, Marta Xant və digərləri iştirak edib.

Məşhur modellər İrina Şeyk və Cici Hadid mərasimə "Burberry" moda evinin libaslarında gəlib. Rus model tədbir üçün açıq qəhvəyi kostyum seçib, amerikalı həmkarı isə yumşaq mavi don və eyni rəngli ayaqqabı seçib.

Ulduzların bu seçimi təsadüfi olsa da, "Burberry" moda evinin direktoru Rikadro Tişi gecənin əsas moda novatoru seçilib və mükafata layiq görülüb.

Yeri gəlmişkən, bu mövsüm hər iki model sözügedən moda evi ilə əməkdaşlıq edir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR