Mourinyo "Bavariya"da?

Mourinyo "Bavariya"da?
08:22 9 Noyabr 2019
80 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Bavariya"nı çalışdıra bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, tərəflər arasında bununla bağlı danışıqlar gedir. Bildirilib ki, portuqaliyalı mütəxəssis Münhen klubundan müddəti 2022-ci ilin iyununa kimi olan müqavilə tələb edir. Bundesliqa təmsilçisinin 56 yaşlı çalışdırıcının bu istəyi ilə bağlı düşündüyü vurğulanıb. Klubun yığma komandaların matçları ilə əlaqədar yaranan fasilə zamanı yekun qərarı verəcəyi gözlənilir.

Qeyd edək ki, Niko Kovaç "Bavariya"nın ölkə çempionatında "Ayntraxt" 1:5 hesabı ilə uduzduğu oyundan sonra istefaya göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/800920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR