"Heç kim bu zəfəri kiçik hesab etməməlidir" - APOEL rəsmisi

"Heç kim bu zəfəri kiçik hesab etməməlidir" - APOEL rəsmisi
08:42 9 Noyabr 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

"Bizim üçün xüsusi gündür və bunu yaxşı nəticə ilə  qeyd etmək xoşdur. Heç kim bu zəfəri kiçik hesab etməməlidir. Futbolda önəmli olan nəticədir. Yaxşı oynasanız da, oynamasanız da yaddaşda qalan nəticə olur. Qələbə  komandanın xarakterini göstərir.  APOEL çətinliyi sevən və bu durumdan çıxmağı bacaran komanda olduğunu sübut etdi. "Düdelanj"a məğlubiyyətdən sonra uğurlu nəticə ilə qrupdakı taleyimizi  yaxşılaşdırdıq. Hələ heç nə bitməyib. Üç komandanın da növbəti mərhələ şansı davam edir. Bu üç klub arasında elə böyük fərq yoxdur. Sona qədər mübarizə davam edəcək".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos Avroliqanın qrup mərhələsinin 4-cü turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, 5-ci turda "Düdelanj"la səfərdə keçirəcəkləri görüşün finala bərabər olduğunu söyləyib: "Çünki rəqib evdə oynayacaq və üç xal qazanmağa həvəsli olacaq. Onlar da növbəti mərhələni hədəfləyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/800922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR