Ölkəni xaos bürüdü: Aksiyaçılar qadın siyasətçiyə belə işgəncə verdilər - ANBAAN VİDEO

Boliviyada hökümətə qarşı aksiyalar genişlənməkdədir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Vinto bölgəsində bələdiyyə binasına hücum edən aksiya iştirakçıalrı iqtidar partiyasına mənsub olan qadın bələdiyyə sədri Patrisiya Arseni bələdiyyə binasından zorla çıxarıblar. Binanı yandırdıqdan sonra girov götürdükləri qadına işgəncə veriblər.

Müxaliflərin həqarət və fiziki şiddətinə məruz qalan qadın siyasətçinin saçlarının zorla kəsildiyi, üzünə və vücuduna boya atıldığı görüntülər sosial media hesablarından paylaşılıb.

Qeyd edək ki, oktyabrın 20-si başlayan aksiyaların əsas səbəbi prezident seçkilərində saxtakarlığa yol verilməsi iddialarıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR