Dünya çempionu xəstəxanalıq oldu

Dünya çempionu xəstəxanalıq oldu
11:52 9 Noyabr 2019
72 İdman
Ölkə mətbuatı
A- A+

Dünya çempionu Ayxan Mamayev uzun müddətdir böyrək çatızmazlığından əziyyət çəkir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 17 gün xəstəxanada yatan karateçinin səhhəti artıq düzəlib. Bu haqda Ayxan özü paylaşım edib:

"17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problmlə bağlı xəstəxanada qaldım. 1 həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. Ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara çox sağ ol demək istəyirəm.

Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi düzəlməyimə sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/800967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR