Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı

Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı
13:22 9 Noyabr 2019
71 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bolu vilayətində ayaqları qoparılmış altı pişik cəsədi tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, eyni hadisənin bir neçə bölgədə baş verməsi insanlar arasında narahatlıq yaradıb.

Hətta yerli mediyada bunun "cadu" məqsədilə baş verdiyi haqqında fikirlər səslənib.

Nəzarət kameralarından alınan görüntülərdən əldə edilən məlumata görə, bu hadisənin itlər tərəfindən törədildiyi məlum olub.

Bununla əlaqədar, Bolu Valiliyindən Bolu Bələdiyəsinə küçə itləri ilə bağlı tədbir görmələrinə dair göstəriş verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR