“Bir kəmər, bir yol" ticarət layihəsində Azərbaycanın oynadığı rol artıq özünü göstərməyə başlayıb - Deputat

“Bir kəmər, bir yol" ticarət layihəsində Azərbaycanın oynadığı rol artıq özünü göstərməyə başlayıb - Deputat
13:22 9 Noyabr 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Çinin qlobal əhəmiyyətli "Bir kəmər, bir yol" ticarət layihəsində Azərbaycanın oynadığı rol, Azərbaycan-Çin münasibətlərində artıq öz əhəmiyyətini göstərməyə başlayıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Coğrafi mövqeyinə görə Azərbaycanın Qafqazda Çinin etibarlı partnyoruna çevrildiyini vurğulayan Milli Məclis üzvünün sözlərinə görə, Çin 2013-cü ildə “Kəmər və Yol Layihəsi”ni (KYL) təklif etdikdən sonra onun iqtisadi və siyasi münasibətlərinin miqyası böyüməyə başlayıb.

O hesab edir ki, Avrasiya məkanında müxtəlif ölkələrlə əlaqələrini inkişaf etdirən Çinin Cənubi Qafqaz regionuna da marağı artıb. Cari ilin aprel ayında Prezident İlham Əliyevin Cənubi Qafqazda “Bir kəmər, Bir yol” layihəsi ilə bağlı təşkil edilən foruma dəvət alan yeganə lider olması, rəsmi Pekinin, ölkəmizi regionda əsas siyasi və iqtisadi tərəfdaşı hesab etdiyini göstərir.

Deputatın fikrincə, “Bir kəmər, bir yol” təşəbbüsü ticarət, turizm, nəqliyyatda yeni imkanların yaradılmasına, xalqlararası münasibətlərin qurulmasına, Avrasiya məkanında sabitlik, təhlükəsizlik və sülhün bərqərar olmasına xidmət edir: "Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq region üçün çox böyük rol oynayacaq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycan ərazisindən istifadə edə biləcəklər. Bu yol Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizidir".

B.Əliyev qeyd edib ki, Azərbaycan-Çin əməkdaşlığının inkişafı iki ölkə arasında iqtisadi münasibətləri daha da dərinləşdirib: "Çin Xalq Respublikası ölkəmizə sərmayə qoymağa səy göstərdi və bunu reallığa çevirdi. Bu gün Çinin nəhəng şirkətləri ölkəmizin kənd təsərrüfatına və digər sahələrə böyük sərmayələr yatırmaqla iki ölkənin iqtisadiyyatının inkişafına təkan verir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Çinlə münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqətdə saxlayır".

Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropa hərəkət etməkdədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3146432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR