Penaltini vura bilməyən futbolçuya sərt cəza

Penaltini vura bilməyən futbolçuya sərt cəza
13:32 9 Noyabr 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

Belçikanın "Brügge" klubunda qalmaqal baş verib. 

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda PSJ-yə səfərdə 0:1 hesabı ilə uduzan klubda vəziyyət gərginləşib. Parisdəki "Parc des Princes"də keçirilən görüşün 76-cı dəqiqəsində qonaqlar 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Komandanın penalti vuruşlarını Hans Vanaken yerinə yetirsə də, ona Mbaye Dian mane olub. Seneqallı forvard topu ondan alıb və zərbəni vurmaq istədiyini bildirib. Mbaye istəyinə nail olsa da, zərbəsini PSJ-nin qapıçısı Keylor Navas zərərsizləşdirib.

Qarşılaşmadan sonra komandanın paltardəyişmə otağında Vanaken əsəbləşib və Diana su qabı atıb. Kapitan rəhbərlikdən forvardın göndərilməsini tələb edib. Mbaye "Instagram" hesabında azarkeşlərdən üzr istəyib.

Oyundan sonra "Brügge"nin çalışdırıcısı Filippe Kleman Mbaye Dianın cəzalandırılacağını deyib: "Mbaye axmaq səhv elədi və nəticəyə böyük təsiri oldu. Təbii ki əsəbləşdim. İlk qərarım onu növbəti liqa matçında heyətə almamaq oldu. Növbəti həftələrdə isə onun davranışlarına uyğun qərarlar qəbul edəcəyik. Klubdakı gələcəyi davranışlarından asılıdır".

"Brügge" ötən mövsüm Türkiyə Super Liqasında 30 qol vuran hücumçunu "Qalatasaray"dan icarəyə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR