İrandakı zəlzələ nəticəsində yaralananların sayı artıb

Noyabrın 8-nə keçən gecə İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 529 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin tibbi yardım və fövqəladə halların qarşısının alınması mərkəzinin rəhbəri Fərzəd Rəhmani məlumat verib.

O, təbii fəlakət nəticəsində 5 nəfərin öldüyünü, 529 nəfərin də xəsarət aldığını, bunlardan da 31 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Xatırladaq ki, 5,9 maqnitudalı zəlzələnin mərkəzi Təbrizin 156 kilometr cənub-şərqində yerləşir. Zəlzələnin ocağı EMSC-nin məlumatına görə 62 kilometr, yerli tədqiqatçıların fikrincə isə 8 kilometr dərinlikdə yerləşir.(Report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR