İnsan niyyət etmədən, yəni niyyətini dilə gətirmədən qüsl alıbsa, düzgündür ya batildir?

İnsan niyyət etmədən, yəni niyyətini dilə gətirmədən qüsl alıbsa, düzgündür ya batildir?
22:42 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Hər bir əməldə, o cümlədən, qüsldə də niyyətin olması vacibdir. Niyyət hər bir əməlin qəbula yetməsi üçün əsas şərtdir. Niyyətsiz və ya konkret niyyətsiz yerinə yetirilən əməl qəbul olmaz.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin niyyət etmək deyilərkən, bunu mütləq dil ilə söyləmək və ya hər hansı digər ayini yerinə yetirmək nəzərdə tutulmur. Kifayətdir ki, insan bir işə başlayarkən, nə etdiyini və nə üçün etdiyini bilsin və bütün əməl boyunca həmin məqsədi dəyişməsin. Qüsl almaq üçün gedən zaman hansı qüslü aldığını və nə məqsədlə aldığını bilirdisə, bunu dilə gətirməsi lazım deyil və bu cür alınmış qüsl düzgündür, inşallah.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR