Bu Motorola smartfonları ilk olaraq Android 10 alacaq

Bu Motorola smartfonları ilk olaraq Android 10 alacaq
23:12 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Motorola One Zoom və Moto Z4 tezliklə yenilənəcək

Hazırda Motorola birkristallı Snapdragon 675 sistemi əsasında çalışan iki telefon buraxıb. Bunlar arxasında düzbucaqlı bloku olan Motorola One Zoom və Moto Mods-u dəstəkləyən Moto Z4-dür.

Milli.Az ted.az-a istinadən bildirir ki, hər iki cihaz Android Pie əməliyyat sistemi ilə qutudan çıxarılıb, lakin indi onlar Android 10 ƏS ilə Wi-Fi Alliance internet saytında peyda olublar ki, bu da müvafiq yeniləmənin tezliklə çıxacağını göstərir.

Motorola One Zoom,  XT2010-1 model nömrəsinə malikdir, Moto Z4 isə XT1980-4 nömrəsi altında keçir. Böyük bir ehtimalla, məhz onlar Motorola-nın yeni Android 10 əməliyyat sisteminə malik ilk iki telefonu olacaq.

Hələ iyun ayında Z4-ün Android 11-i görməyəcəyinə dair təsdiq dərc olunub, yəni Android 10-a qədər gələn yeniləmə son böyük yenilənmə olacaq, bundan sonra isə smartfon istifadəçiləri yalnız təhlükəsizlik sisteminin yamaqlarını gözləyə bilərlər.

Motorola One Zoom nisbətən yeni bir smartfondur. O, sentyabr ayında digər bazarlarda Android One proqramının bir hissəsi olaraq Motorola One Pro adı altında çıxıb. Bu, həmin modelin Android 11-i də alacağı deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR