Donald Tramp NATO-nun baş katibi ilə görüşəcək

Donald Tramp NATO-nun baş katibi ilə görüşəcək
23:37 9 Noyabr 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp noyabrın 14-də Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
"Prezident Donald Tramp Ağ Evdə Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberqi qəbul edəcək", - deyə bəyanatda bildirilir.
Qeyd edilir ki, tərəflər NATO üzrə müttəfiqlərin müdafiə xərclərinin artımını və büdcəyə ödəmələrin daha ədalətli bölgüsünün təminatı işində irəliləyişi müzakirə edəcəklər. ABŞ prezidenti həmçinin NATO-nun müdafiəsini və xarici təhdidlərə dözümlülüyünün, xüsusən terrorçuluqla mübarizənin gücləndirilməsinin əhəmiyyətini vurğulayacaq.
Bundan başqa, Tramp və Stoltenberq kibertəhlükə mövzusuna da toxunacaqlar.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-nato-nun-bas-katibi-ile-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR