Hacıqabulda ağır qəza: 2 ölü, 1 yaralı - Fotolar

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, ilkin məlumata görə, 14 BF 094 dövlət nömrə nişanlı "Xəzər" markalı minik avtomobili Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir sədlərə çırpılıb.

Hadisə nəticəsində biri kişi, digəri qadın olmaqla iki nəfər ölüb. Bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Qəzada ölənlərin kimliyi müəyyən edilir. (apa)





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR