Azərbaycan cüdoçuları Kamerunda qızıl, gümüş və bürünc medallar qazanıb

Azərbaycan cüdoçuları Kamerunda qızıl, gümüş və bürünc medallar qazanıb
00:17 10 Noyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Kamerunda cüdo üzrə Afrika Açıq Kuboku yarışı keçirilib.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, gələn il Tokioda olacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.
Azərbaycanın bütün idmançıları Kamerunda medal qazanmağa müvəffəq olublar. Leyla Əliyeva (48 kq)Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. 52 kq çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq 2-ci yeri tutub. Aişə Qurbanlı (48 kq) İçinxorloo Munxçedev (57 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Afrika Açıq Kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.







Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudoculari-kamerunda-qizil-gumus-ve-burunc-medallar-qazan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR