Abşeronda avtomobil piyadanı vuraraq xəsarət yetirib

Abşeronda avtomobil piyadanı vuraraq xəsarət yetirib
01:12 10 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.
Avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Rüstəmov Məhərrəm İxtiyar oğlunu vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-avtomobil-piyadani-vuraraq-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR