“Barış Pınarı”nda 331 mina, 891 partlayıcı zərərsizləşdirilib

Suriyanın şimalında "Barış Pınarı" antiterror əməliyyatı zamanı 331 ədəd mina və kustar üsulla hazırlanmış 891 partlayıcı maddə aşkar edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PKK və PYD terrorçuları tərəfindən yaşayış əraziləri, yollar, infrastruktur obyektlərinə yerləşdirilmiş partlayıcı maddələr Türk Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR