"Baku Electronics" xəbərdarlıq edir -

Bir neçə gündür müxtəlif saytlarda quraşdırılmış xüsusi bannerlər vasitəsi ilə "Baku Electronics"in adından istifadə edilərək istifadəçilərin aldadılması halları aşkarlanmışdır.

Belə ki, bannerlərdə "Baku Electronics"in loqosu yerləşdirilərək istifadəçiyə Samsung S10 telefonu və ya digər məhsulların qazandığı bildirilir. Məhsulun ünvana göndərilməsi üçün şərtlər təqdim olunur və bu şərtlərə əsasən istifadəçilər çatdırılma üçün ödəniş etməlidirlər. Nəticədə ödənişi etmiş istifadəçilərə heç bir vəd edilmiş telefon göndərilmir və eyni zamanda şəxsi məlumatları, kart məlumatları qarşı tərəfin əlinə keçir. Sözü gedən məsələ ilə bağlı bütün istifadəçiləri diqqətli olmağa çağırır və bu halın kibercinayət olduğunu bildiririk.

"Baku Electronics"in adından istifadə halları aşkarlanan kimi tərəfimizdən aidiyyatı qurumlara məlumat verilmişdir.

25 ildir Azərbaycanda alıcı etimadını ən yüksək dəyər kimi qoruyan "Baku Electronics"in kampaniya və satış şərtləri ilə yalnız rəsmi veb səhifəsində, rəsmi sosial media səhifələrində tanış ola bilər, həmçinin 143 çağrı mərkəzinə zəng edərək öyrənə bilərsiniz.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR