Dünyanın ən yaşlı cütlüyü seçildi

Dünyanın ən yaşlı cütlüyü seçildi
20:37 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Amerikanın Texas ştatında yaşayan 105 yaşlı Şarlotta və 106 yaşlı Con Henderson dünyanın ən yaşlı cütlüyü olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 80 iilik evli olan ər-arvad bir-birlərini çox sevdiklərini dilə gətiriblər:

"1934-cü ildə tanış olub 5 il sonra evlənmişik. Bal ayına getmək üçün sadəcə 7 dollarımız vardı. Birlikdə çalışdıq və bütün çətinliklərin öhdəsindən gəldik. Uzun illər evli qalmağın tək sirri var: həyat yoldaşınıza qarşı səmimi olun".

Con Teksas Universitetinin ən yaşlı futbolçudur. O, ildə ən az bir dəfə matça qatılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR