Finlandiya tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazana bilər

Finlandiya tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazana bilər
07:22 15 Noyabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX turun növbəti oyunları keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 8 görüş keçiriləcək. D qrupunda Danimarka Cəbəllütariqi, İsveçrə isə Gürcüstanı qəbul edəcək. Danimarka və İsveçrə rəqiblərini məğlub etməklə mərhələ şanslarını son tura saxlamaq istəyəcəklər. Yalnız Danimarka "cırtan ölkə"ni məğlub etsə, Gürcüstanın qələbəsi sayəsində vəsiqəni təmin edə bilər.
F qrupunda 3 qarşılaşma keçiriləcək. Mərhələni öncədən təmin etmiş İspaniya heç bir iddiası olmayan Malta ilə qarşılaşacaq. Norveç Farar adaları ilə, Rumıniya isə İsveçlə üz-üzə gələcək. İsveç səfərdə qələbə qazansa, final mərhələsinə yüksələcək. Rumıniya isə Millətlər Liqasında yoluna davam etdiyi üçün şanslarını qoruyacaq. Əvəzində Norveç millisi qələbə qazanmalı və son turadək şansını qorumaq üçün əsas rəqiblərinin heç-heçə etmələrini gözləməlidir. Bunlar gerçəkləşməsə, komanda Millətlər Liqasında yoluna davam edəcək.
J qrupunda İtaliya Bosniya və Herseqovinanın qonağı olacaq. Roberto Mançininn rəhbərlik etdiyi komanda vəsiqəni təmin edib, meydan sahibləri isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını böyük ölçüdə itirib. Ermənistan Yunanıstanı, Finlandiya isə Lixtenşteyni qəbul edəcək. Finlandiya doğma azarkeşlər önündə zəif rəqibini üstələsə, digər matçların nəticələrindən asılı olmayaraq, tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək.
AVRO-2020
Seçmə mərhələ, IX tur
15 noyabr
D qrupu
23:45. Danimarka - Cəbəllütariq
23:45. İsveçrə - Gürcüstan
Xal durumu: İrlandiya – 12 xal (7 oyuna), Danimarka - 12 (6), İsveçrə - 11 (6), Gürcüstan – 8 (7), Cəbəllütariq – 0 (6).
F qrupu
21:00. Norveç - Farer Adaları
23:45. Rumıniya - İsveç
23:45. İspaniya - Malta
Xal durumu: İspaniya – 20 xal (8 oyuna), İsveç - 15 (8), Rumıniya – 14 (8), Norveç - 11 (8), Farer adaları - 3 (8), Malta - 3 (8).
J qrupu
21:00. Ermənistan - Yunanıstan
21:00. Finlandiya - Lixtenşteyn
23:45. Bosniya və Herseqovina - İtaliya
Xal durumu: İtaliya – 24 (8 oyuna), Finlandiya – 15 (8), Ermənistan - 10 (8), Bosniya və Herseqovina – 10 (8), Yunanıstan – 8 (8), Lixtenşteyn – 2 (8).


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-i-ki-komanda-final-merhelesine-vesiqeni-temin-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR