İqlim dəyişikliyi ilə mübarizə aparan startap

İqlim dəyişikliyi ilə mübarizə aparan startap
08:47 15 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Forbes.com xəbər verir ki, Air.Co startapı karbon qazını arağa çevirir. Bir araq butulkasında  təxminən 500 qr. karbon qazı var.

Şirkət iki il araşdırmalarla məşğul olub. Araq - Air.Co-nun ilk məhsuludur, amma o, öz fəaliyyətini genişləndirməyi, həmçinin, parfümeriya və etanol tərkibli digər məhsullar istehsal etməyi düşünür.

Startapın məhsulu atmosferdə karbon qazı tullantısını azaldır. Air Co.-nun istehsal prosesi də ekolojidir: şirkətin kiçik ölçülü miniatür avadanlığı təbii qazla deyil, günəş enerjisi ilə işləyir və ofisin damında yerləşən batareyadan qidalanır.

Hələ ki, şirkət ancaq Nyu-Yorkda araq satır, amma yaxın gələcəkdə öz məhsulunu bütün ABŞ-da satmağı planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR