Siyəzəndə yol qəzası baş verib, ölənlər və xəsarət alan var

Siyəzəndə yol qəzası baş verib, ölənlər və xəsarət alan var
23:37 17 Noyabr 2019
135 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.
"KamAZ" markalı yük maşını ilə "VAZ-21010" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan 2-i (hər ikisi qadındır) xəstəxanada ölüb.
Digər yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/siyezende-yol-qezasi-bas-verib-olenler-ve-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR