Baltik ölkələrinin müdafiə planının qəbulu razılaşdırıldı

Londonda keçirilən NATO-nun zirvə toplantısının yekunlarına dair bəyannamə qəbul edilib.

Metbuat.az xəbər verir ki, sənəddə terrorizmin bütün növlərinin təhdid olduğu qeyd olunub. Sənədə görə, Çinin artan nüfuzu və beynəlxalq siyasətinin yaratdığı şərait diqqətlə izləniləcək. Sənəddə qeyd olunur ki, ABŞ və müttəfiqləri NATO üzrə xərclərini artırıb və son 5 ildə müdafiə xərclərinə 130 milyard dollar sərf olunub.

Toplantının yekunlarına dair açıqlama verən NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, Baltik ölkələrinin müdafiə planının qəbulu razılaşdırılıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR