Niderlandda koronavirusdan ölənlərin sayı 4,1 mini ötdü

Niderlandda koronavirusdan ölənlərin sayı 4,1 mini ötdü
18:17 23 Aprel 2020
379 Digər
Ölkə mətbuatı
A- A+

Niderland Krallığında son sutkada daha 123 nəfər koronavirusdan ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Niderlandın Milli Səhiyyə İnstitutu yayıb.
Bildirilib ki, son sutkada 887 yeni yoluxma hadisəsi qeydə alınıb. Bununla da virusdan ölənlərin ümumi sayı 4 177-yə, yoluxanların sayı isə 35 729-a çatıb. Krallıq xəstəxanalarında isə 10 100 nəfər müalicə olunur.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 666 000-i ötüb. Bunların 730 855 nəfəri sağalıb, 186 147 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/niderlandda-koronavirusa-yoluxanlarin-sayi-35-500-u-otdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR