TƏBİB yeni məlumat yaydı - SON DƏQİQƏ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 30-na olan statistik göstəriciləri açıqlayıb.

Metbuat.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 5951 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 275 nəfər reanimasiyada, 69 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 31 560 nəfər virusa yoluxub, 25 168 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 8532 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 717 164 test aparılıb.

Qeyd edək ki, bu gün 339 koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 673 nəfər sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR