.

''Ən çox daşğın və sel hadisəsi 2020-ci ildə qeydə alınıb.'' - Umayra Tağıyeva

''1966-cı ildən başlayaraq meteoroloji məlumatların təhlili göstərir ki, ən çox daşğın və sel hadisəsi 2020-ci ildə qeydə alınıb.''

Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə

Son illərdə meteoroloji anomaliyalar özünü daha qabarıq və tez-tez göstərir.


''İyul ayı Respublikamızda yay fəslinin ən isti və ən az yağıntılı ayıdır. Lakin bu ilin iyul ayında havalar qeyri-adi, həmişəkindən fərqli keçdi. Ölkə ərazisinə şimaldan daxil olan soyuq hava kütlələrinin təsiri nəticəsində əsasən şimal və qərb rayonlarında hava şəraiti tez-tez dəyişdi, şimşək prosesləri ilə müşaiyyət edilən yağışlar yağdı. Bir çox rayonlarda yağıntılar leysan xarakterli intensiv və güclü olub. Aparılmış çoxillik meteoroloji müşahidələrə əsasən iyul ayında yağışlı günlərin sayı qeyri-bərabər şəklində paylanır və maksimum Zaqatala-Şəki zonalarında 8-12 gün təşkil edir. Lakin bu il Qazax-GəncəBalakən-Şəki zonasında 15-16 yağmurlu gün olub. Hətta quraq aran rayonlarında adətən iyulda orta hesabla cəmi 2-5 gün yağışlı olur, bu il isə yağışlı günlərin sayı 10-na çatıb.''

Umayra Tağıyeva bildirdi ki, ümumilikdə iyul ayında 23 sel hadisəsi olub. Amma müqaisə üçün 2019-cu ildə cəmi 2 sel hadisəsi müşahidə edilmişdi.

''Ən çox düşən yağıntının miqdarı isə Qazax-Gəncə zonasında aylıq normanın 109-256 faizi, Böyük Qafqazın rayonlarında 110-285 faizi, Mərəzədə isə aylıq normadan 6 dəfə çox, bəzi aran rayonlarında normanın 124-203 faizini təşkil etmişdir. Lənkəran-Astara zonasında isə yağıntı az olmuş, və aylıq normanın cəmi 4-54 faizi olmuşdur.

Yağan leysan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuq artmış, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından isə selə keçmişdir.''

Umayra Tağıyeva bildirdi ki, bütün instrumental müşahidələrə görə ən sərin hava isə 1935-ci il iyulun üçü və dördündə Bakıda qeydə alınmışdır. Həmin günlərdə havanın minimal temperaturu 14.7° isti olmuşdur.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR