.

Qurban Qurbanovun əvəzinə Robert Prosineçki?

Qurban Qurbanovu baş məşqçi postuna dəvət etsə də, yox cavabı alan "Hatayspor" hazırda 3 mütəxəssislə danışıqlar aparır.

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə klub rəsmisi Ehtem Sunar məlumat verib.

Super Liqaya vəsiqə qazanan klubun rəsmisi danışıqlar apardıqları mütəxəssislərin adlarını açıqlayıb: "Ömer Erdoğanla danışıqlar davam edir. Hələ anlaşmamışıq. Bundan başqa Bayram Bektaş və Robert Prosineçki ilə də təmaslarımız var".

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə milli komandamızı çalışdırıb. Bosniyalı mütəxəsis 2019-cu ildən "Kayserispor"a başçılıq edir. Kayseri təmsilçisi Super Liqanı 17-ci pillədə başa vursa da, komanda sayı artırıldığından aşağı liqaya düşməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR