.

Mnatsakanyan Ceyhun Bayramovla mümkün görüşdən danışdı

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın yeni XİN rəhbəri Ceyhun Bayramovla görüşü gözlədiyini bəyan edib.

Metbuat.az xəbər verir ki, erməni nazir “Şant" telekanalına müsahibəsində XİN rəhbərlərinin sonuncu görüşünün yanvar ayında keçirildiyini xatırladıb.

“Mənim yeni nazirlə daha əvvəl görüşmək üçün heç bir səbəbim olmayıb. İndi de-eskalasiyanı ən yaxşı şəkildə möhkəmləndirmək və işin növbəti mərhələsinə hazırlaşmaq bizim üçün çox vacibdir", - Mnatsakanyan deyib.

O əlavə edib ki, bütün istiqamətlərdə olduqca davamlı, məzmunlu, dərin iş var idi: "Biz tamamilə hazır olduğumuz növbəti mərhələlərə keçməli idik. Amma pandemiya həqiqətən mane oldu və yeni reallıqlara gətirib çıxardı".

Mnatsakanyan, həmçinin vurğulayıb ki, yeni həmkarı ilə görüşü gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR