.

“Qarabağ”ın futbolçusu “Zirə”yə keçdi

Bakının “Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

Metbuat.az kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi Hacıağa Hacılı ilə anlaşıb.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi “Qarabağ”da çıxış etdiyi vaxt çiyin-çiyinə oynadığı 22 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyib. Bu səbəbdən də futbolçu Ağdam təmsilçisindən icarəyə götürülüb. Onunla birillik müqavilə imzalanıb.

Qeyd edək ki, H.Hacılı Azərbaycan Premyer Liqasında 14 matç keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR