Azərbaycanda bu rayonlarda yoluxma yüksəkdir - SİYAHI

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Metbuat.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Binəqədidə koronavirusa yoluxma 14.2 faiz, Xətaidə 12.2 faiz, Sabunçuda 11.9 faiz, Yasamalda 11.8 faiz, Nəsimidə 9.2 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Qaradağda 7.4 faiz, Nizamidə 7.3 faiz, Xəzərdə 4.8 faiz, Səbaildə 4.5 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Sonrakı yerlərdə 16,1 faizlə Abşeron, 9,4 faizlə Aran, 6,7 faizlə Gəncə-Qazax, 4,5 fazilə Lənkəran, 1,9 faizlə Quba-Xaçmaz, 1,7 faizlə Dağlıq Şirvan, 1,5 faizlə Şəki-Zaqatala, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb. Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yenə də yeni yoluxma qeydə alınmayıb.

Ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,8 faizini təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR