Gürcüstandan daha 107 Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunur

Bu gün Gürcüstandan daha 352 nəfər Azərbaycana təxliyə olunacaq.

Bu barədə Metbuat.az apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşıdır.

Onlar ötən gün Tbilisidəki klinikalardan birində PCR testlərindən keçirilib və bütün test cavabları neqativ olub.

Təxliyə olunanlar saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Onların Azərbaycanda karantinə alınmayacağı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR