Çempionlar liqasında gecənin nəticələri: "Real Madrid" və "Yuventus" vidalaşdı

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bu gün bərpa olunub.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçirilib. "Lion" səfərdə "Yuventus"a məğlub olsa da, mərhələni keçən tərəf olub. "Mançester Siti" isə öz meydanında "Real"a qalib gəlib.

7 avqust

Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1
Qollar:
Depay, 12-pen (0:1), Ronaldo, 43-pen (1:1), 60 (2:1)
İlk oyun - 0:1

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 2:1
Qollar:
Sterlinq, 9 (1:0), Benzema, 28 (1:1), Xesus, 68 (2:1)
İlk oyun - 2:1


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR