.

Sizə bir ana kimi yalvarıram: O gülüşü solmağa qoymayın​

Nəbi Məmmədlinin köməyə ehtiyacı var.

Metbuat.az serebral iflic xəstəliyindən əziyyət çəkən 19 yaşlı gəncin anası tərəfindən ünvanlanan müraciəti təqdim edir:

"Salam, mən sizə oğluma görə müraciət edirəm. Oğlumun 19 yaşı var. Serebral iflic xəstəliyindən əziyyət çəkir. Gəzmir, danışmır. Əldən düşüb və sonradan bu xəstəlik yaranıb. Əvvəllər müalicə etdirdik, ancaq sonra imkan olmadı. Özüm şəkər, ürək xəstəsiyəm. Yoldaşım bizə görə işləyə bilmir. Ona görə artıq müalicə etdirə bilmirik. Həkim gəzməyinə söz verir. Ancaq maddi cəhətdən gücümüz çatmır. Çox xahiş edirəm onun müalicəsi üçün bizə kömək edin. Yoldaşım işləmir. Evə daxil olan gəlir tək oğlumun pensiyasıdır. Biz Oğuz rayon, Xaçmaz kəndində yaşayırıq. Bir ana kimi sizdən xahiş edirəm. Oğlumu ayağa qaldırmağa kömək edin. Tək istədiyimiz odur ki, oğlum ayağa qalxsın. Sizə bir ana kimi yalvarıram. O gülüşü solmağa qoymayın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR