İraqlı jurnalist və pişiyi virusa qalib gəldi - FOTO

İraqın Süleymaniyyə şəhərində yeni növ koronavirusa (Covid-19) Nyan Muhammed və pişiyi Klu birlikdə qalib gəldi.

Metbuat.az xəbər verir ki, Süleymaniyəli qadın jurnalist Nyan Məhəmməd iyulun əvvəlində koronavirusa tutulub. Bir müddət sonra da sevimli sevimli pişiyi Klu virusun simptomlarını göstərməyə başlayıb.

"Anam, bacım və mən Covid-19-a tutulduq, hər üçümüzün testlərimiz müsbət oldu. Xəstələnəndə Kluyu bizdən uzaqlaşdıra bilmədik. Əvvəlcə ev heyvanlarının Covid-19-u tutmadığını və virusun onlara yoluxmayacağını düşünürdük. Pişiyim mənim əlimdən bəslənir. Onu yedizdirməyimə qədər heç bir şey yeməz və yatmaz. Yatağı yanımdadır və heç vaxt məndən uzaqlaşa bilməz. Xəstəliyim zamanı hər zaman ətrafımda idi. "

Covid-19 testinin müsbət olduğunu bildikdən sonra jurnalist qadın ailəsi ilə birlikdə karantində qalaraq və çölə çıxmayıblar.

Muhamməd, bu müddətdə sevimli pişiyi Kludan ayrılmadığını söyləyib.

Klunun əhval-ruhiyyəsini və müalicə müddətində ona dəstək olduğunu və bu müddət ərzində bir-birlərindən güc qazandıqlarını ifadə edən Məhəmməd, "Bir-birimizlə mənəvi və güc halına gəldik. Bu müddətdə pişiyimə daha çox bağlı oldum. Heç vaxt onu yanımdan ayırmadım." deyə müsahibə verib.

Mənbə: Aa.com.tr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR