Novxanıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti TAPILDI

Dənizdə (Novxanı kəndi, qeyri-çimərlik ərazi) batan 2004-cü il təvəllüdlü Ağamirzəyev Rasim Sanalı oğlunun axtarışları başa çatıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, R.Ağamirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR