.

Türkiyə klubu Kavanini transfer edir

.

Türkiyənin "Fənərbağça" klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavanini sıralarına qatmaq istəyir.

Türkiyə mətbuatının yazdığına görə, artıq klubun prezidenti Ali Koç və idman direktoru Emre Belözoğlu futbolçunun agenti ilə əlaqə yaradıb. Danışıqların müsbət yekunlaşdığı bildirilir.

"Fənərbağça" ulduz hücumçu üçün 5 milyon avro təklif edib.

Qeyd edək ki, 6 ildir PSJ forması geyinən Kavani çıxdığı ümumi 301 oyunda 200 qol vurub, 43 məhsuldar ötürmə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR