Akim Bədəlov: "Gələn ilin əvvəlinə qədər alternativ enerjinin tarifləri təsdiq oluna bilər"

Akim Bədəlov: "Gələn ilin əvvəlinə qədər alternativ enerjinin tarifləri təsdiq oluna bilər"
14:02 20 Oktyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Gələn ilin əvvəlinə qədər alternativ enerjinin tarifləri təsdiq oluna bilər". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.
O bildirib ki, artıq tariflərlə bağlı aidiyyəti qurumlara təkliflər veriblər: "Bir neçə günə 50 meqavatlıq stansiya istifadəyə veriləcək".
A.Bədəlovun sözlərinə görə, ayrı-ayrı regionlar üzrə tariflər müxtəlif ola bilər: "Loqistik problemlər olan dağ regionlarında enerji tarifləri digər regionlara nisbətən baha olur".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR