Varis Rusiya Yazıçılar İttifaqının üzvü oldu

Varis Rusiya Yazıçılar İttifaqının üzvü oldu
17:19 2 Mart 2015
Ölkə mətbuatı
A- A+

Yazıçı Varis Rusiya Yazıçılar İttifaqının üzvü seçilib. Bu barədə Kulisə yazıçının özü məlumat verib.

 

Üzvlüklə bağlı müraciət Rusiya Yazıçılar İttifaqının nəsr şöbəsinin rəhbəri Nataliya Morozova tərəfindən olub.

 

Bu günlərdə isə Varisin «Rəngsizliyin rəngləri» hekayəsi Rusiya Yazıçılar İttifaqının, eləcə də litclub.ru, stihi.ru və proza.ru ədəbiyyat portallarının birgə layihəsi olan «2014-cü ilin ən yaxşı nəsri» almanaxının «Romantika» bölümünə daxil edilib. Almanaxın nüsxələri Rusiya Federal Kitab Palatasına, ən nüfuzlu kitabxanalara göndərilən almanax hazırda ölkənin kitab mağazaları şəbəkələrində satışa çıxarılıb.

 

Qeyd edək ki, bu il Rusiyada yazıçımızın 2 romanı işıq üzü görəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/195048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR