Azərbaycanlı heykəltəraşın sərgisi açıldı - FOTO

Azərbaycanlı heykəltəraşın sərgisi açıldı - FOTO
22:28 14 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Dekabrın 14-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan heykəltəraşı Zakir Mehdiyevin sərgisi açılıb.

Publika.az xəbər verir ki, Z.Mehdiyev ekspozisiyaya daş, mərmər, ağac və digər materiallardan hazırlanmış 35 heykəlin daxil edildiyi deyib.

Qeyd edək ki, Z.Mehdiyev Əzim Əzimzadə adına Rəssamlıq Texnikumu və Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun, habelə SSRİ Rəssamlıq Akademiyasının aspiranturasının məzunudur. 1979-cu ildən Rəssamlar İttifaqının üzvüdür. 2000-ci ildən Atatürk Universitetində (Türkiyə) dərs deyir.

Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştirakçısı olub. O, İsmayıl bəy Qutqaşınlının (Qəbələ), Şah İsmayil Xətainin (Bakı) və Mustafa Kamal Atatürkün (Antakya) xatirələrinə ucaldılmış abidələrin müəllifidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/179840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR