"Mən 14 yaşıma qədər dizlərim üstündə yerimişəm, ayaqlarım..." - Bu MÜSAHİBƏ hamını ağlatdı... / FOTO

“İşimiz işdir” layihəsinin bu dəfəki qonağı yazıçı Rasim Gənzəlidir. Əminəm, aranızda onun yazılarını oxuyanlar çoxdur. Yardıcılığı qədər həyatı da oxucular üçün maraqlı olan yazıçı ilə müsahibəni təqdim edirik:

- Rasim Gənzəli kimdir?

- 1962-ci ildə soyuq fevral ayında Ordubad rayonunun Gəncə kəndində dünyaya gəlmişəm. Təxəllüsüm də elə kəndimizin adı ilə bağlıdır. Uşaq dünyaya gələndə doğulduğu zamanı xatırlaya bilməz. Mənə elə gəlir ki, dünyaya gələndə dağlarda qurdlar ulayıb. Bunu taleyimin işıqlı anları hesab etmişəm. 8-9 yaşım olanda anamı itirmişəm. Bu, çox pis idi. Ümumiyyətlə, ananın ölümü uşağın yetimliyinin başlanğıcıdır. Bəzən deyirlər ki, uşaq ata öləndə yox, ana öləndə yetim qalır. Bu sözdə həqiqət var. Çünki ana uşağın yanında olur, onun qayğısını çəkir, dərdinə şərik olur. Anamın vəfat etməsi mənim faciəmin pik nöqtəsi olub.

- Öz keçmişinizdən danışın bizə. Uşaqlığınız, gəncliyiniz haqqında...

- Uşaqlığım çox ağrılı keçib. Uşaq ömrü yaşamamışam. Dünyaya gələndən bu ağrı ilə yaşadığıma görə, yaxşı uşaqlıq dövrü yaşaya bilməmişəm. Uşaqların ayaqları üzərində getdiyi yerləri mən 14 yaşıma qədər dizlərim üstündə getmişəm. Onlardan aralı düşməmək üçün...

- Onlardan heç ayrı düşdüyünüz vaxtlar olubmu?

- Bu sualınız mənim duyğusal bir hissimə toxundu. Uşaq olanda qonşu uşaqları ilə gedirdik bağa. Orada ağacların altında oturub söhbət edirdik. Hətta ilk sevgidən danışırdıq. Gəncliyimiz elə yenicə başlayırdı. Söhbətlərin sonunda uşaqlar durub meyvə yemək üçün ağaclara çıxanda tək qalırdım. Bunlar çox ağrılı hisslər idi. Amma bununla bərabər özümə yaşam stimulu axtarırdım. Deyirdim ki, nə olur-olsun, bu uşaqlardan geri qalmayacam. Onlara çatıb, hətta onları ötüb-keçəcəyəm. Bunu mənə hansı hisslər dedirdirdi, bilmirəm.

- Ananızın ölümünü faciənizin pik nöqtəsi olduğunu deyirsiniz. Bölüşə bilrəsinizmi həmin hisslərinizi bizimlə?

- Anamı Bakıya xəstəxanaya gətirmişdilər. Onda mən rayonda əmimgildə qalırdım. Anamın ölümünü mənə deməmişdilər. Əmimgilin qaldığı ev dağın kənarında yerləşirdi. Həyatdən baxanda kəndin qəbiristanlığı görsənirdi. Həmin vaxt mən həyətdə idim. Qonşumuzun qızı da yanımda idi. Ondan soruşdum ki, kim rəhmətə gedib? Dedilər ki, Hüseyn müəllimin 40-dır. İnanmadım. O anlarda ürəyimdən fəhmlə “ah” keçdi. O gün sanki kəndin ruhunda qəribəlik vardı. Quşların səsində elə bil əzab hiss olunurdu. Ona görə, təkidlə məni evimizə aparmaqlarını istədim. Atam ağlaya-ağlaya gəlib dedi ki, anan rəhmətə gedib. Həyatımın ağrılı çağları ondan sonra bir az da çoxaldı.

- Daha sonra necə oldu? Həyatınızda hansı hadisələr cərəyan etdi?

- Anam dünyadan gedəndən sonra mənim bəxtimdə başqa bir günəş doğdu. Atamın ailə qurduğu qadın mənə analıq etdi. Ögey ana sindromu həmin vaxt qəlbimdə sındı. Mənim bu yaşa çatmağımda o qadının müstəsna rolu var. O qadın məni doğma balası kimi bağrına basdı. Məni yedirtdi, gəzdirdi. Hətta xatırlayıram ki, gecələr ayağım agrımasın deyə gəlib yerini dəyişirdi. O qadın atamın ölümündən 19 il sonra dünayasını dəyişdi. Təkcə məni yox, mənim bir qardaşım və bacımı da öz doğma övladı kimi böyütdü. “Durnalar qayıtmadı” hekayəsini onun üçün yazmışam.

- Sağlamlığınız təhsil almağınızda hansı maneələr yaratdı, orta və ali təhsil dövrünüzdən danışa bilərsinizmi?

- Mən savadımla digər uşaqlara çatmaq istəyirdim. Ona görə də bu istəyimi atama dedim. Atam məktəbə müraciət etdi. Məktəbdən evimizə müəllim göndərdilər. 8-ci sinfə qədər ev şəraitində təhsil aldım. Sovet dövrünün qanunlarına görə, əlil insanlar tam orta təhsil ala bilməzdi. Lakin mən tələb etdim. Moskvaya, bütün təşkilatlara məktub yazdım. Onlar axir ki, icazə verdilər. Və mən orta təhsilimi tam yekunlaşdırdım. Daha sonra ali təhsil almaq istədiyimi bildirdim. Onlar qətiyyətlə istəyimi rədd edib, ev şəraitində ali təhsil almağımın mümkünsüz olduğunu bildirdilər. Uzun müddət mübarizdən sonra evdə imatahan verib ali təhsil almağıma şərait yaratdılar. Komissiya yaradıb imtahan götürdülər. İmtahanlardan uğurla keçdim. Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakultəsinə daxil oldum. Qiyabi təhsil aldım. İmtahanlarımı da evdə verdim. Universiteti uğurla başa vurdum.

- İlk yazılarınızı neçə yaşınızda yazmısınız?

- Mən hərfləri tanıyandan oxumağa meyilli insan olmuşam. Xoşuma gələn, gəlməyən bütün kitabları oxumuşam. Bu mütaliə məndə yazmağa maraq yaradırdı. “Qara sevda” adlı ilk romanımı 20 yaşında yazmışam. Ondan qabaq mənim “Qanlı çay” povest-hekayələr kitabım vardı. 11 kitab müəllifiyəm. Bunlardan 5-i roman, povest-hekayələr, bir-ikisi də publisistik kitablardır.

- Kitablarınızı necə yazırsınız?

- Əvvəllər qələmlə çox yaxşı yazırdım. Xəttim də gözəl idi. Sonra kompüterdə yazmağa başladım. Yaşa dolduqca fiziki vəziyyətim pisləşmaya başladı. Qollarım gücdən düşdü. İndi heç onu da yaza bilmirəm. Çox çətinliklə işləyirəm. İndi mətnlərimi həyat yoldaşıma diktə edirəm. Mənim üçün o yazır.

- Həyat yoldaşınız ilə necə tanış olmusunuz?

- Həyat yoldaşım Kamilə Dönməz Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 3 kitab müəllifi şairədir. Bizi bədii yaradıcılıq birləşdirib. Yazıçılar Birliyində tanışıb olub ailə qurmuşuq. Yoladşımın ailəsi qızı mənə vermirdi. Onu Yazıçılar Birliyindən götürüb qaçırdım. Bir müddət ailələr arsında soyuqluq yarandı. Amma indi hər şey qaydasındadır. Mən özümü bu gün xoşbəxt hiss edirəm. Ona görə ki, Kamilə xanımla ailə həyatı qurmuşam. O məni anlayır, duyur, əzablarımı çəkir. Bu gün mənim həyatda yaşamağımın stimulu mənim xanımımdır. O əzab çəkir, amma bunu heç vaxt mənə bəlli etmir. O özünü elə göstərir ki, mənimlə ailə həyatı qurduğuna görə dünyanın ən xoşbəxt insanıdır. Bu da məni yaşadır.

- Hansı mükafatlarınız var?

- 1999-cu ildən Yazıçılar Birliyinin üzvüyəm. “Yaddaş” milli mükafatı, “Vətən”, “Qızıl qələm” media mükafatım var. Ondan başqa, beynəlxalq mükafatların da sahibiyəm. “Türk ədəbiyyatına xidmət” ödülü, türk ədəbiyyatına xidmətə görə “Qızıl yıldız” medalı almışam. Yaxın günlərdə türk ədəbiyyatında Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında köməyimə görə mənə “Fəxri professor” adı verilib. BMT-nin “Avropa” ordenini almışam. Bildiyim qədərilə, Azərbaycanda çox az sayda yazıçıya bu orden verilib. Bu makafatı aldıqdan sonra Avropada hətta mənim həyatımla bağlı film çəkmək istədilər. Maliyyə məsələləri ilə bağlı çəkə bilmədilər. Bizim özümüz öz yazarımızı üzə çıxara bilməsək, Afrikadan gəlib bizi üzə çıxarmayacaqlar.

- Media ilə aranız necədi?

- Son vaxtlar bu sahədə durğunluq var. Əvvəllər televiziyalar, radiolar, qəzetlər gəlib-maraqlanırdılar. Son dövrlər bu sahədə durğunluq var. Oa bilsin ədəbiyyata maraq azalıb.

- Hər zamanın ədəbiyyatla bağlı bəlli bir kəsimi var. Bəlkə də bununla bağlıdır?

- Sovet dövründə ədəbiyyata maraq güclü idi, oxucu çox idi. Sonra bu sahədə durğunluq yarandı. Ədəbiyyat adamları bir-birlərinin əsərlərini oxumağa başladılar. Bir müddətdən sonra yazarlar da heç bir-birlərini oxumadı. Başladılar yazıçılar öz əzərlərini oxumağa. Çox qısa olsa da, belə bir dövr yaşadıq. Amma indi o dövr geridə qalıb. Ədəbiyyata maraq var. Hesab edirəm ki, bu durğunluq aradan gedəcək. Dünyanın düzənində bir qədər müşgüllər azalacaq.

- Bildiyimiz qədərilə, hətta bir ara millət vəkili olmaq üçün Milli Məclisə namizədliyinizi irəli sürmüşdünüz...

- Əslində məndən xəbərsiz namizədliyimi vermişdilər. Bununla bağlı imza topla kompaniyası da başlamışdı. İşlər uğurla gedirdi. Mən özümü gələcəyin millət vəkilılrəindən biri kimi hiss edirdim. Lakin sonradan buna mane olundu. Mənim millət vəkili olmağım millətimizə xeyir verəcəksə, bunu etmək lazımdır. Bunun ziyanı olacaqdısa, ehtiyac yoxdur. Bizim cəmiyyətimizdə əlilə 4-5-ci adam, yolçu kimi baxırlar. Araba ilə çıxan adama 20 qəpik pul uzdırlar. Bu sindromu sındırmaq lazımdır. Bizim istedadlı, səriştəsi olan fiziki məhdudiyyətli insanlarımız nəinki Parlamentdə, hətta icra strukturlarında da işləməlidir.

Xəyalə Məmmədova

Foto və Video: Orxan Line / METBUAT.az


RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Ölkə mətbuatında bugün »

Mətanətin sinəsi çöldə qaldı, müzakirə olundu - FOTOLENT

21 Sentyabr 2017 12:24

Dəlixanaya yatırlıdı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMUR

21 Sentyabr 2017 12:23

Damlanı niyə Mərdəkana aparmaq istədi?

21 Sentyabr 2017 12:23

Xəyalə ilə xəbər saatı

21 Sentyabr 2017 12:21

Bakının mərkəzində qadına zor tətbiq edən şəxs tutuldu

21 Sentyabr 2017 12:19

Azərbaycanlı müğənni açıq-saçıq səhnələrdən DANIŞDI: “Kişi qadınla cütləşməlidir” - MÜSAHİBƏ

21 Sentyabr 2017 12:18

Türkiyədə yol qəzası baş verib, 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb

21 Sentyabr 2017 12:17

Arvadını və qızını döydü, qumbara ilə hədələdi – AZƏRBAYCANDA

21 Sentyabr 2017 12:14

Dağlıq Qarabağ münaqişəsi sona çata bilər

21 Sentyabr 2017 12:14

35 dərəcə isti olacaq

21 Sentyabr 2017 12:13

Sabaha olan hava proqnozu açıqlanıb

21 Sentyabr 2017 12:12

Azərbaycan gömrükçüləri avtomobilin torpedasında 6 ədəd mobil telefon aşkar edib

21 Sentyabr 2017 12:12

Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

21 Sentyabr 2017 12:12

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

21 Sentyabr 2017 12:12

"Kimsə burada ürək tutmasından öləcək"

21 Sentyabr 2017 12:11

MTN generalının məhkəməsi: "Ən sevdiyi yerdən xəyanət etdilər"

21 Sentyabr 2017 12:09

Generalın məhkəməsində daha bir FAKT ÜZƏ ÇIXDI

21 Sentyabr 2017 12:08

"Fəlakət" nişanlandığı deyilir

21 Sentyabr 2017 12:08

“Şahdəniz 2” platformalarının ikinci üst tikililəri dənizdə quraşdırılıb

21 Sentyabr 2017 12:07

Departament rəhbəri və müavini işdən çıxarıldı

21 Sentyabr 2017 12:03

Arvadını döyən Cəlilabad sakininin evindən qumbara tapılıb

21 Sentyabr 2017 12:02

Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib

21 Sentyabr 2017 12:02

Rusiyada neft gəlirləri əhaliyə paylanacaq

21 Sentyabr 2017 12:02

Keçmiş MTN generalının məhkəməsi davam etdirilir

21 Sentyabr 2017 12:02

Baş nazirin müavinindən islam ölkələrinə Ermənistanla bağlı ÇAĞIRIŞ

21 Sentyabr 2017 11:59

Turan İbrahimov "səhər"i Şeyxdən başladı:

21 Sentyabr 2017 11:59

Bakıdakı məktəblərdən birinin direktoru vəzifəsindən azad olunub

21 Sentyabr 2017 11:57

Ronaldo bu futbolçunu "Real"a gətirmək istəyir

21 Sentyabr 2017 11:57

SORĞU: Cavan qızlara sataşan yaşlı kişilərə hansı cəza verilməlidir?

21 Sentyabr 2017 11:56

SOCAR və tərəfdaşları neft-qaz sənayesinə neçə milyard dollar yatırıb?

21 Sentyabr 2017 11:54

“Regionda yeni münaqişələr başlana bilər” - Üç nazirdən XƏBƏRDARLIQ

21 Sentyabr 2017 11:53

Əli Həsənov: “Serj Sarqsyanın BMT-dəki çıxışı həyasızlıq, tərbiyəsizlikdir”

21 Sentyabr 2017 11:52

“Accessbank”ın müştəriləri “Lounge Key” xidmətindən istifadə edə biləcək

21 Sentyabr 2017 11:52

Masallıda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib

21 Sentyabr 2017 11:52

Tanınmış jurnalist infarkt keçirdi

21 Sentyabr 2017 11:48

“Gözəllik kraliçası” ilə onun bacısını öldürən qatil həbs olundu - FOTO

21 Sentyabr 2017 11:48

"Google" daha bir məşhur smartfon brendini alıb

21 Sentyabr 2017 11:47

"Qaşına-qaşına dedilər ki, otura bilmirik, bit yeyir" - Bakıda yeni TƏHLÜKƏ

21 Sentyabr 2017 11:44

Yaponiya BMT kürsüsündən Şimali Koreya ilə bağlı çağırış etdi

21 Sentyabr 2017 11:44

Azərbaycan millisinin sabiq baş məşqçisi Avropa Liqasına görə Almaniya klublarını tənqid edib

21 Sentyabr 2017 11:42

“Sumqayıt” “Qarabağ” oyununun yeri dəyişdirilib

21 Sentyabr 2017 11:42

İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi - DƏLƏDUZLUQ

21 Sentyabr 2017 11:39

PSA podratçıları Azərbaycanın neft-qaz sektoruna 76 mlrd. dollar sərmayə yatırıb

21 Sentyabr 2017 11:37

"Real Madrid"-dən gözlənilməz məğlubiyyət

21 Sentyabr 2017 11:36

“HTC” şirkətinin mobil biznesi satılacaq

21 Sentyabr 2017 11:35

Məktəb direktoru məhkəmə zalında həbs olundu

21 Sentyabr 2017 11:34

Şimali Koreya barədə DƏHŞƏTLİ FAKTLAR: prezidentin seks kölələri və raketlə PARÇALANAN QIZLAR - FOTO

21 Sentyabr 2017 11:33

Azərbaycan İpoteka Fondu bu ilin I yarısını 8 mln. manatdan artıq mənfəətlə başa vurub

21 Sentyabr 2017 11:32

“İranla bağlı qərarımı vermişəm”

21 Sentyabr 2017 11:30

Tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

21 Sentyabr 2017 11:29