Play Store

Ağababa İsgəndərov:

106.3 FM-nin efirində yayımlanan"Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə İkinci Dünya Müharibəsinin iştirakçısı olan veteran Ağababa İsgəndərovun xatirələrindən söz açılıb.

Ağabala İsgəndərov doğum günü tarixini dəyişdirib, Berlində yaralandığı günə salıb. Metbuat.az Ağababa İsgəndərovun müharibəylə bağlı xatirələrini təqdim edir.

“Berlin şəhərinə çatmağa az qalmışdı. Çoxuna heç güllə dəymədi, Dunay çayını keçərkən elə çayda boğuldular. Dunay çayı çox dərin idi. Mən də gördüm boğuluram, yapışdım rus komandirinin ayağından. O da məni söydü ki, burax ayağımı, bədənimdən tut, dedim, hara buraxıram. Bataram. Bizə 18 günlük ərzaq vermişdilər. Onları yeyib qurtarandan sonra az qalırdıq ki, torpaq yeyək. `Jmıx` yeyirdik. Qarğıdalını çiy-çiy yeyirdilər, kazaklar yerə tökülən kartof qabığını da yeyirdilər. Çox çətin, dəhşətli günlər idi.

Bir məqamı qeyd edim ki, Şəhər sakinlərinin, yəni almanlarım bizim millətə xüsusi simpatiyası var idi. Deyirdilər, hansı milətdənsən? Deyirdik ki, müsəlmanam. May ayının 2-də ayağımdan ağır yaralandığımda Bir il altı ay hospitalda yatdım. Xəstəxanada mənə qulluq edən bir alman qızı ilə ailə həyatı qurdum. Ancaq 1947-ci ildə mən sağalandan sonra alman qızını SSRİ-yə buraxmadılar. Onu qatardan məcbur düşürtdülər. Ona görə ALmaniyada qamaq istəyirdim. Bura qayıdandan sonra 10 uşağım oldu, heç alman qız yadıma da düşmədi”



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR