Nobel alan musiqiçi tədbirə gəlmədi

Bob Dilaya Amerika musiqi ənənəsində yaratdığı yeni obrazlara görə ədəbiyyat sahəsində "Nobel" mükafatı təqdim olunub. Lakin sənətçi Stokholmda olan təqdimat mərasiminə qatıla bilməyib və "Nobel komitəsi"nə məktub göndərir:

“Təəsüf edirəm ki, bu gün sizinlə birlikdə təqdimatda iştirak edə bilmirəm. Orada olmasamda amma ürəyim sizinlədir. Və mənim üçün bu mükafatı almaq böyük şərəfdir. Həyatım boyu düşünməzdim ki, mən nə vaxtsa ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülərəm. Uşaqlıqdan ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülən şəxsiyyətlərin: Kiplinqin, Şounun, Alber Kamünun, Heminqueyin kitablarını oxumuşam. Kitabları məktəblərdə, kitabxanalarda saxlanılan bu şəxsiyyətlərin əsərləri dərin iz buraxırdı. Bundan sonra mənim adım da bu dahilərlə bir siyahıda çəkiləcək.

Bu hissi sözlə təsvir etmək mümkün deyil. Bir sözlə deyə bilərəm ki, mən xüsusi kompaniyadayam.(zarafatla deyir) Əgər kimsə nə vaxtsa mənə ədəbiyyat üzrə Nobel mükafatı alacağımı desəydi hesab edərdim ki, bunun ehtimalı mənim Aya ucağıma bərabərdir. Bu xəbəri dərk etmək üçün vaxta ehtiyacım oldu.İlk növbədə Vilyam Şekpsir haqqında düşünməyə başladım. O özünü dramaturq hesab edirdi. O ədəbiyyatla məşğul olduğunu düşünmürdü. Onun sözləri səhnə üçün yazılırdı. Onun yazdıqlarının oxumaq deyil, səsləndirmək lazım idi. Məsələn Hamleti yazarkən Şekspir ilk növbədə bu əsərin hansı aktyorlar tərəfindən canladırılacağını düşünürdü. Hamleti necə səhnələşdirmək olar, hadisələr Danimarkadamı cərayan edəcək.suallarını verirdi. Və təbii ki onun: “Hamleti səhnələşdirmək üçün pul yetəcəkmi? Sponsorlar olacaqmı? Kəlləni haradan tapaq? kimi qayğıları var idi.

Şekspirin özünə verdiyi ən son sual “Mənim etdiyim ədəbiyyatdırmı?” sualı idi. Mən 50 min insan üçün də, və 50 nəfər üçündə canlı ifalar etmişəm. Deyə bilərəm ki, 50 nəfər üçün ifa etmək 50 min insan üçün ifa etməkdən daha çətindir. 50 min insan sanki tək orqanizmə çevrilir, 50 nəfər isə....onlardan hər birinin özünə məxsus fikirləri, öz aləmləri var. 50 nəfər musiqini daha aydın anlayır. Sənətçinin səmimiliyi və istedadı daha çox sınaqlara məruz qalır. Mən bu həyatda heç vaxt özümə “Mənim mahnılarım ədəbiyyatdırmı sualını verməmişəm” Bu səbəbdən İsveç akademiyasına bu suala vaxt ayırıb cavab verdiyi üçün və belə gözəl cavab tapdığı üçün dərin minnətdarlığımı bildirirəm".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR