Merilin Monroya yazılan məktub tapıldı - "Kaş o sözü deməzdim..."

106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə amerikalı dramaturq Artur Millerin aktrisa, müğənni Merilin Monroya zəriflik və xoşbəxtlik haqqında məktubu səsləndirilib. Merilin Monronun Artuq Millerlə sevgi münasibəti aktrisanın həyatında ən davamlı münasibətlərdən olub.

“Əzizim Merilin! Sən məndən incəlik, xoşbəxtlik haqqında sənə məktub yazmağımı istəmişdin. Mən çalışacağam ki, incəlik sözünü sənə təsvir edim. Necə düşünürəmsə, elə də yazacağam. Əsas odur ki, sadə dillə anladacağam. İncəlik iki hissədən ibarətdir. Sözdən və jestlərdən. Öncə sözlərdən danışaq.

İnsanlar dünyasını dəyişəndən sonra onlardan geri qalan sözlər olur. Acıdan sözlər, sevdirən sözlər, kinayəli sözlər, müdrik sözlər. Sözlə həm öldürmək həm də diriltmək mümkündür. Tanrı da bir sözdür. İncil “Öncə söz yarandı...” cümləsiylə başlayır. İnsalar ayrıldıqda onlar bir-biri üçün hansısa mənada ölür. Bundan sonra da yenə geri qalan sözlər olur. Və biz ayrıldığımız insanı yalnız dediyi sözlərlə xatırlayırıq. Xatirələr səni incitməyə başlayır. "Kaş o sözü deməzdim" - deyə vicdanın səni icitməyə başlayır. Amma milyardlarla sözlərin arasında kiçik bir söz kateqoriyası var ki, onlar heç vaxt heç kimə zərər verə bilməz. Onlar yalnız sevinc xoşbəxtlik yaşada bilər. Bunlar, əslində çox zəif sözlərdir. Hətta hansısa nidalardır. Onları nə zaman, kimə istəyirsənsə deyə bilərsən. Amma bundan çox nadir hallarda istifadə edilir. İnsanalar bunu deməyə utanır. Yalnız uzun-uzadı düşüncələrdən, qüruru ilə mübarizədən sonra "əzizim", "sevincim" - deyə kiməsə müraciət edir.

Zərif sözlər sanki magiyaya sahibdir. Əgər onları ünvanlamaq istədiyin insana aid olmursa, bu sözlər boğazda ilişib qalır. Bəzən hər şey çox gözəl gedir, artıq sevdiyin qadın sənə “Hə” cavabı verəcək və siz xoşbəxt olacaqsız...

Yox, sən nə qədər cəhd etsən də bu zərif sözləri sənin dilindən eşitmək mümkün olmur. Xoş sözlər arasında tam gizli sözlər var. Onlar artıq iki sevgilinin öz hekayələri üçün uydurduğu sözlərdir. Sevgi öldükdə o sözlər də ölür. Başqa sevgidə artıq yeni sözlər ixtira olunacaq. Əgər sən bir sevgidə uydurduğun gizli sözləri digər sevgindədə istifadə edirsənsə, o zaman böyük səhv edirsən. Xatırlayırsan, Heminqueyin “Əlvida silah” əsərində Ketrin ölümündən əvvəl Frederikdən “bizim sözlərmizi başqa qadınlara söyləmə" - deyə tapşırmışdı. Merilin, bu çox önəmlidir. Ümüd edirəm, sən nə demək istədiyimi anlayırsan. Jestlərlə isə hər şey əksinədir. Jestlərdən həm kişilər, həm qadınlar sanki nəfəs alırmış kimi bol-bol istifadə edir.

Merilin zəriflik göstərmək ən gizli sevgi sözlərini və jestləri ünvanlamaq istədiyin şəxsə göstərməkdir. Bax, bu xoşbəxtlikdir. Bax belə... Sənin Artur Millerin!”

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI