İlyas Əfəndiyevin atasına yazdığı - MƏKTUB

106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə İlyas Əfəndiyevin doğum günü ilə əlqədar xalq yazıçısı Elçin Əfəndiyevin atasına məktubunu səsləndirilib:

“Papa, salam. İmran Qasımovun pyesi haqqındakı məqaləni göndərirəm. Bu məqaləni maşınkada yazdırıb, "Ədəbiyyat" qəzetinə verərsən. Bir nüsxəsini evdə saxla. Əvvəlcə özün oxu, gör xoşuna gəlir, ya yox. Məqaləni tələsik yazdığımdan bəlkə redaktəyə ehtiyacı var, nəzərdən keçir. Əgər "Ədəbiyyat" çap eləsə, qoyma heç nəyi ixtisar etsin!

Əsəri tənqid eləməməkdən ötrü məktub şəklində yazmışam, mütləq bu şəkildə qalsın. Proqramı da göndərirəm ki, maşınkadan sonra artistlərin familini tutuşdurasınız. Papa, bu məqalənin çapını gecikdirmə. Mən gələnə qədər çap olunsa yaxşı olar. Öz işlərim də lap yaxşı gedir. Telefonla tez-tez danışdığımıza görə uzatmıram. Temuşa salam. Calal Məmmədovla povest barədə danış. Hələlik sağ ol.

Elçin 9 noyabr 1966-cı il QEYD: İlyas Əfəndiyev olduqca çətin mühitdə böyüyüb. Yazıçının oğlu xalq yazıçısı Elçin Əfəndiyevin müsahibələrindən birində verdiyi məlumata görə, ötən əsrin 20-ci illərin sonunda İlyas Əfəndiyevin atası Məhəmməd Əfəndiyev tacir olur, və onun əlindən səsini alınmışdı. Səs almaq isə o deməkdir ki, bu şəxs bütün hüquqlardan məhrum edilmişdi. İlyas Əfəndiyevin ailəsi çox qadağalarla qarşılaşır. Atası tez vəfat edir.Və anası Biqleysi xanım 7 uşağı tək başına böüyüdür. hamısı ali təhsil alır. Hətta İlyas Əfəndiyev institudan uzaqlaşdırlır. Lakin onu ədəbiyyatdan uzaqlaşdırmaq mümkün olmur. İlyas Əfəndiyev dedikdə yadan düşən əsərlər: "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən".

Yazıçıya əsərlərə adı neçə seçirsiz sualı verildikdə belə cavab verib:Tofiq Kazımov pianoda “Qaragilə” çalırdı. Mən qulaq asırdım. Birdən hiss elədim ki, “Sən həmişə mənimləsən”in rüşeymi yaranır. Ad qoymaqda həmişə əziyyət çəkirəm. Nə təhər şeydisə, ürəyimə yatmır. Məsələn, birdən elə olur ki, yüz ad yazıram. Heç biri də xoşuma gəlmir. Görürəm ki, vermək istədiyim ad qəhrəmanın təbiətinə uyğun gəlmir. O zaman, Elçin qabağına nə ad gəldi yazır.

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI