Play Store

Səlahiyyətlərini aşan rəhbərlərin vicdansız əməlləri - ARXİV

Müəllifi: Ehsan Hacıyev

Hazırlayıb təqdim edəni: Xanəmir Telmanoğlu

Yazı Metbuat.az saytının "Arxivdən" layihəsi çərçivəsində təqdim olunur.

Sövet dövrünün ən qızğın çağlarından biri idi. Belə bir əhvalatın başdan sona şahidi olmuşdum.

Balakən rayonun Əliabad kəndində İliç adına kolxozun sədri Allahverdi Rəcəbov öz həmyerlisi Zəbi adlı bir nəfəri kolxozun qarajina müdir qoymuşdu. Deyilənə görə, özləri də ata-babadan yaxşı münasibətdə olublar. Günlərin bir günü necə oldusa, onların aralarında dəhşətli şəkildə narazılıq başladı. Sədr eləməyib tənbəllik illərin dostu olan Zəbini qeyri qanuni olaraq işdən qovdu. Zəbi də, dostuna inad göstərərək tərslik edib başqa işə getmədi.

O zaman SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı var idi. Üç aydan artıq ictimai faydalı əəməklə məşğul olmayan anlaqlı, fiziki cəhətdən sağlam olub 18 yaşına çatmış vətəndaşlar məsuliyyətə cəlb edilir, məhkəmənin hökmü ilə məcburi qaydada xüsusu ayrılmış yerlərə işə göndərilirdi.

Zəbi haqqını tələb etmək üçün çox yerlərə müraciət etdi, ancaq haqqını bərpa edə bilmədi. 3 ay tamam olanda onun ictimai faydalı əməkdən boyun qaçırması barədə rayon PK-dən material daxil oldu.

Mən Zəbini çağırıb əhvalatı ona bildirdim və dedim ki, sən işləməməyinin səbəbi barəsində izahat verməlisən. Həm də bir ay müddətində işə başlayacağın haqqında xəbərdarlığa imza atamalısan. Əgər bir aya özünə yeni bir iş yeri tapıb işləməsən, burada sürgün edilə bilərsən.

Zəbi də inad edərək təkidlə dedi, öz yerimə qayıtmasam başqa yerdə öldürsələr də işləməyəcəm. Qoy məni sürgün etsinlər. lap belə güllələsinlər, ancaq mən öz işimdən başqa heç bir işdə işləməyəcəyəm. Dedim, Zəbi, mən işin içindəyəm, 3-4 dəfə də Rəcəbovun haqsız oldğunu ona xatırlatmışam, ancaq o yenə də öz dediyini deyir.

Zəbi dedi, o rayon PK-nın birinci katibi Sadıq Murtuzayevə arxayındır, mənim də Bakım, Moskvam var. Lazım olar, düz Moskvaya kimi gedərəm, Movzeleyin önündə, Kremilin qabağında günlərlə yataram, ancaq mən də öz dərdimi haralarasa çatdıraram. Dəvədən böyük fil var.

Sözzsüz ki, Zəbi məni dinləmədi. Sözlərimi qulaq ardına vurdu. Işin nə qədər ciddi olduğunu görünür o qədər də dərk eləməmişdi. Özünün dediyi kimi, day haralara qalmadı yazıb pozmasın, hətta getməsin.

Lakin nə Bakıda, nə də Moskvada Zəbinin şikayətinə baxan tapılmadı. Rəcəbovun sözü qanunlaşdı. Zəbi 3 il müddətinə “Sara” adasına sürgün edildi.

3 il ailəsindən, uşaqlarından, el-obasından, dost-tanışlarından uzaq düşən Zəbinin də dramı belə başladı.

Heç nəyin ucbatından həyatı zəhərə döndü. Əvvəlcə imkansızlıq ucbatından ailəsi dağıldı. Sonra isə illərlə dişiylə-dırnağıyla tikib ərsəyə gətirdiyi ev-eşiyi kimsəsizlikdən dağılıb getdi.

Inadı ucbatından və “dostunun” xəyanəti ucbatından 3 il sürgünə göndərilən Zəbinin bir gün sürgündəcə dünyasını dəyişdiyinin xəbərini aldım. Ancaq iş-işdən keçmişdi. Mən o sürgünə getməmişdən qabaq, onun və onun kimi onlarla insanın həyatının haralara kimi gedib dirəndiyinin şahidi olduğumdan, işlə təmin olunmasını israr etmişdim.

Sovet qanunları nə qədər sərt, gözəl, işlək idisə, bir neqativ tərəfi də, insanlarımızın taleyində olumsuz, bədbəxt şəklində iz buraxırdı. Belə vəziyyətlərin və stuasiyaların alınmasında qanunları başa dümək mümkündür.

Ancaq vicdanlı rəhbərlərlə yanaşı, ədalətsiz, kibirli, qeyri-insani hərəkətlər mücəssiməsi vəzifəli şəxslər də vardı ki, onlar öz imkanlarını,səlahiyyətlərini insanların, xalqın əleyhinə çevirib, onların həyatını zəhərə döndərirdilər.

Bir ailənin və taleyin beləcə izi-tozu silinib getdi.

Zəbilərin və bunun kimi övladlarımızın gələcək həyatalarına biz öz əlimizlə zəhər qatmışıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR