Tarixdə bu gün nələr baş verib? - "Vəhşi dovşan"

27 iyul 1997-ci ildə prezident Heydər Əliyev ABŞ-a ilk rəsmi səfər edib.

2002-ci ilin bu günündə prezident Heydər Əliyev Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının ilk məzun buraxılışında iştirak edib.

27 iyul 1694-cü ildə İngiltərə Bankı təsis edilib.

1826-cı ilin bu günü Gəncədə rus müstəmləkəçiliyi əleyhinə güclü üsyan başlayıb.

27 iyul 1940-cı ildə Baqz Banni obrazının ilk dəfə yer aldığı "Vəhşi dovşan" (A Wild Hare) cizgi filmi ekranlara çıxıb.

27 iyul 1983-cü ildə Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu nəticəsində səfirliyin 2 əməkdaşı və 5 terrorçu öldürülüb.

2002-ci ilin bu günü Ukraynada aviaşou zamanı Su-27 təyyarəsinin tamaşaçıların üzərinə düşməsi 77 insanın ölümünə və 500-dən artıq insanın yaralanmasına səbəb olub.

Makedoniyadakı zəlzələdə 1100 insan ölüb - Qanlı tarix-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR