Play Store

Tarixdə bu gün 28 iyul

28 iyul 1931-ci ildə məşhur Azərbaycan neftçisi, geoloq Fərman Salmanov Şəmkirdə anadan olub.

1935-ci ilin bu günü görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Vasif Adıgözəlov anadan olub.

28 iyul 2001-ci ildə Türkmənistan Azərbaycanın “Əsrin müqaviləsi” çərçivəsində istismar etdiyi "Azəri" və "Çıraq" yataqlarının, həmçinin "Kəpəz" neft-qaz strukturlarının ona məxsus olması barədə Azərbaycana nota göndərib.

28 iyul 1821-ci ildə Peru İspaniyadan müstəqilliyini elan edib.

1896-cı ilin bu günü Mayami şəhərinin əsası qoyulub.

28 iyul 1914-cü ildə Avstriya-Macarıstan Serbiyaya müharibə elan etməklə Birinci Dünya müharibəsinin başlamasına səbəb olub.

1943-cü ilin bu günü İkinci Dünya müharibəsi zamanı "Qomorra" əməliyyatı çərçivəsində Kral Hava Qüvvələrinin Hamburqu bombalaması nəticəsində 42 min dinc sakin həlak olub.

28 iyul 2010-cu ildə Pakistanda Airbus A321 təyyarəsinin qəzaya uğraması nəticəsində 152 nəfər həlak olub.

Tarixdə bu gün nələr baş verib? - "Vəhşi dovşan"-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR