Play Store

Yazarlar başqa hansı peşə sahəsində özlərini sınayıblar? - SORĞU

Hər bir insan müəyyən bir peşə sahibi olmaq üçün öz üzərində işləməyi bacarmalıdır. Elə peşə sahibləri də vardır ki, öz sənəti ilə yanaşı başqa sahələrdə də özünü sınayır. Bu ya məcburiyyətdən, ya da həmin peşəyə olan sevgidən irəli gəlir.

"Metbuat.az" bu dəfə yazarlardan soruşub. Onlar yazarlıqla yanaşı, hansı sahələrdə özlərini sınayıblar. Cavabları təqdim edirik. 


Murad Köhnəqala (Şair): “Əsgərlikdən sonra bir müddət diş texniki kimi çalışmışam. Tələbə vaxtı Moskvada bir zavodda gecələr qarovulçu işləmişəm. Bunlardan başqa Rusiyanın müxtəlif şəhərlərində kiçik kommersiya ilə də məşğul olmuşam”.


Xanəmir Telmanoğlu (Yazıçı): “Uşaqlıq illərindən ədəbiyyata və idmana paralel əmək sərf edəcəyimi düşünürdüm. Əsgərlik illərində istənilən yarışın qalibi olurdum. Tələbəlik illərində gerçəkdən hər şeyi atıb sırf idmanla, karateylə məşğul olmaq keçdi ağlımdan. İdmanda uğurumu dəqiq bilirdim. Yenə ədəbiyyata bağlılığım əl-qolumu geniş anlamda bağladı. İndiyə kimi bu vərdişimi hələ də tərgidə bilmirəm. Bir az da biznesdə sınamağa çalışdım özümü gənclik dönəmlərində. İlk dəfəydi həyatımda məni gülməli bir qorxu bürümüşdü nədənsə. Əlimdə nə qədər pul-para vardısa, hamısını dağıtdım və beləcə keçmiş, unudulmaz dostum yazı-pozuyla baş-başa qalmalı oldum.


Aygün Sadiq (Yazar): “Jurnalistika sahəsində sınamışam. Və bu sınaq hələ davam edir”.


Hədiyyə şəfaqət (Yazar): “Dizayner olaraq işləmişəm. On il müddətində dizayner-usta kimi çalışmışam. İç interyer və tekstil-dizayneri. Ancaq ondan da əvvəl Akademiyada araşdırma aparmışam - yer adları ilə bağlı. Yəni, elmi işçi kimi çalışmışam”.


Günel Natiq (Yazar): “Mən 18 yaşından radioda aparıcı-jurnalist kimi çalışıram. Sonra müxtəlif dərgilərdə və qəzetlərdə məqalələrimlə çıxış etmişəm. Yazıçılıq fəaliyyətim var. Bir kitabım işıq üzü görüb. Köşə yazarıyam. Başqa peşə sahəsində 1 gün də olsa çalışmamışam. Həmişə əlimdə qələmim olub".


Zakir Məmməd(şair): "İxtisasca dil-ədəbiyyat müəllimiyəm. Keçmiş Lenin adına APİ-ni bitirən gündən müəllim işləyirəm. 1992 -- 1995-ci illərdə kənd icra nümayəndəsi vəzifəsində çalışmışam. 1994-də ermənilərlə qanlı döyüşlər gedə-gedə, 13 kəndi əhatə edən geniş inzibati ərazi vahidində çoxsaylı şəhid kədərini yaşaya-yaşaya Məhəmməd Füzulinin 500 illiyini qeyd eləmişik. Bizim ərazidə iki sovxoz fəaliyyət göstərirdi. Hər iki sovxoz direktorunun iştirakı ilə kənd mədəniyyət evində yubilry tədbiri keçirmişik. Yaşadığım Yelenovka kəndinin adını dəyişmək mənim səyim və təşəbbüsümlə başa gəldi. Kəndlərin küçələrinə ad verdik, insanlara ucdantutma həyətyanı torpaq sahələri payladıq. O ağır illərdə xeyriyyə marafonları keçirərək, ehtiyacı olanlara şəhid ailələrinə, cəbhədə vuruşanların ailələrinə yardımlar etdik. Ən əsası, idarəetmədə ədalət və demokratiya prinsiplərinin tətbiqində əlimizdən gələni etdik. Demokratik idərəçilikdən gələn zövq eynilə yazılan mətn vasitəsilə qazanılan zövqə bərabər bir şeydir. Bir də, onu deyim ki, Azərbaycan mühitində tək bir sahə ilə məşğul olmaq qeyri-mümkündür. Məsələn, ancaq maaşla dolanmaq çox çətindir. Ona görə bağçılıq və heyvandarlıq da məşğul olduğumuz sahə kimi həyatımızın ayrılmaz hissəsi olubdur".


Tərlan Əbilov(şair): "Qələm tutana kimi, şeirdə özümü tapana kimi hansı peşə sahəsində sınamamışam ki özümü? Satıcı, rəngsaz...Yığıcı çilingərdən belə işləmişəm zavodda və deyilənə görə işimin öhtəsindən pis də gəlməmişəm. Peşə demək olmasa da rəssamlıqda özümü sınamışam, satılan əl işlərim də olub...Hal-hazırda heç bir peşə sahəsində özümü sınamıram. Şeir yazıram, bu da peşə deyil heç..."

Ruzbeh Məmməd

Bu il İstanbula gedən azərbaycanlı turistlər - Say açıqlandı




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR